Balakən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
Daxili siyasət
- 12 noyabr, 2025
- 13:31
Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev və rayonun digər vəzifəli şəxslər saxlanılıb.
İ.Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsinin qərarına əsasən, İ.Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
17:30
Almaniyalı olimpiya çempionu Viktoriya Karl dopinq pozuntusuna görə 18 aylıq cəzalandırılıb
Fərdi17:22
İsa Həbibbəyli: Gələn ildən elmi-tədqiqatlar bal sistemi əsasında qiymətləndiriləcək
Elm və təhsil17:21
"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə çatıb
Futbol17:19
Maliyyə Nazirliyi və Qərbi Kaspi Universiteti dövlət sifarişilə təhsil alanlardan ödəniş tələbinə münasibət bildirib - ƏLAVƏ OLUNUB
Maliyyə17:15
BMT Şurası Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib
Xarici siyasət17:11
Nicat Məmmədov: "Azərbaycan çempionatında potensiallı şahmatçıları üzə çıxarmaq istəyirdik"
Fərdi17:06
Putin və Məhəmməd bin Salman Yaxın Şərqdə əməliyyatların dayandırılmasının vacibliyini bildiriblər
Region17:03
Azərbaycanda axtarış sistemləri arasında "Yahoo"nun bazar payı martda 29 % azalıb
İKT16:56