Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Maliyyə
  • 15 aprel, 2026
  • 16:16
Azərbaycan iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımının əvvəlcədən deyildiyi kimi 2,9 % yox, 1,7 % olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.

Sənədə əsasən, neft-qaz sektoru üzrə iqtisadi azalma proqnozu 2,4 %-dən 3,3 %-ə qaldırılıb, qeyri neft-qaz sektoru üzrə iqtisadi artım proqnozu isə 4,9 % -dən 3,7 %-ə endirilib.