Azərbaycan ilə KAICIID arasında əməkdaşlıq müzakirə olunub

Daxili siyasət
  • 29 oktyabr, 2026
  • 14:17
Azərbaycan ilə KAICIID arasında əməkdaşlıq müzakirə olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə Beynəlxalq Mərkəzin (KAICIID) Baş katibinin səlahiyyətlərini icra edən Antonio de Almeida-Ribeiro ilə görüşüb.

Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə KAICIID arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, dini dözümlülüyün və birgəyaşayış mühitinin möhkəmləndirilməsi, habelə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin qorunması istiqamətində həyata keçirdiyi dövlət siyasəti, eləcə də dini və mədəni müxtəlifliyin inkişafına yönəlmiş layihələr barədə məlumat verib.

KAICIID Baş katibinin səlahiyyətlərini icra edən Antonio de Almeida-Ribeiro Azərbaycanın mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsində fəal rolunu, xüsusilə Bakı Prosesi çərçivəsində qlobal dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində səylərini yüksək qiymətləndirib. O, bu sahədə həyata keçirilən təşəbbüs və layihələrin davam etdirilməsinin beynəlxalq miqyasda etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

44 filmi