Aytac Əlisultanlı: Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi planı yoxdur
Mədəniyyət siyasəti
- 23 dekabr, 2025
- 12:33
Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı hansısa plan yoxdur.
Bunu "Report"un sualına cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Həsən bəy Zərdabinin heykəli turistlərin və qonaqların diqqətini cəlb edir:
"Turistlərin hər zaman qarşısında dayandığı məkanlardan, yerlərdən biridir. Yəqin bu məsələyə daha sonra Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyi ilə birgə baxa bilərik".
Xatırladaq ki, Xalq yazıçısı Anar Milli Məclisdə keçirilən konfransda Həsən bəy Zərdabinin İçərişəhərdəki heykəlinin yerinin dəyişdirilməsini təkliflə çıxış etmişdi.
Son xəbərlər
14:08
Azərbaycan bölgələrində 6 DOST Mərkəzi tikilir
Digər14:07
"QazaqGaz" Qazaxıstanın qərbində yeni sahədə geoloji kəşfiyyat üçün müqavilə imzalayıb
Region14:07
AQTA: Azərbaycan yüksək riskli məhsullar üzrə ixrac coğrafiyasını genişləndirib
Biznes14:07
Texniki vasitələrlə imtahana girən 9 abituriyentin nəticəsi məhkəmə ilə ləğv edilib
Elm və təhsil14:07
"Zirə" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində 2 yoxlama oyunu keçirəcək
Futbol14:03
Makron: Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyirik
Digər ölkələr14:02
Emil Alxaslı: "Sənaye 4.0 SOCAR üçün əməliyyat səmərəliliyini artıran fəaliyyət növüdür"
Energetika13:59
Türkiyə rəsmisi: "Yükdaşımaları sürətləndirmək üçün Azərbaycanla və TDT çərçivəsində iş aparırıq"
İnfrastruktur13:58