Ədliyyə Nazirliyi və FHN 6 saylı cəzaçəkmə müəssisəsində yanğınla bağlı məlumat yayıb
Hadisə
- 07 aprel, 2026
- 20:04
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib.
"Report" xəbər verir ki, bu barədə Ədliyyə və Fövqəladə Hallar Nazirliklərinin birgə məlumatında deyilib.
Bildirilib ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.
Son xəbərlər
17:03
Den Keyn: İranda silah zavodlarının 90 %-i məhv edilib
Digər ölkələr17:01
Antonio Konte İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd olub
Futbol16:59
Foto
Teymur Musayev V "Yüksəliş müsabiqəsi"nin qalibi ilə görüşüb
Daxili siyasət16:55
GECF: Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Energetika16:54
Azərbaycan idmançıları yelkənli qayıq üzrə Avropa çempionatında yarışacaqlar
Fərdi16:54
Foto
Azərbaycan və Qazaxıstan XİN başçıları İranla ABŞ arasında atəşkəsi alqışlayıblar - YENİLƏNİB-3
Xarici siyasət16:51
Avropa İttifaqı İran-ABŞ atəşkəsi ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirir
Digər ölkələr16:49
"Marsel"in baş məşqçisi Habib Beyenin evi qarət edilib
Futbol16:47