​Zimbabvedə brokonyerlər 14 fili sianidlə zəhərləyiblər

Digər ölkələr
  • 07 oktyabr, 2015
  • 01:04
​Zimbabvedə brokonyerlər 14 fili sianidlə zəhərləyiblər

Bakı. 7 oktyabr. REPORT.AZ/ Zimbabvedə 14 fil sianid ilə zəhərləndirilib.

"Report" "CBS News"a istinadən xəbər verir ki, onlardan üçü Kariba vilayətində yerləşən "Matusadona" milli parkında, digər 11-i isə "Xvanqe" milli parkında öldürülüb.

Bütün hallarda portağalın tərkibinə vurulmuş zəhərdən istifadə olunub. Brokonyerlərin fil sümüyündə maraqlı olduqları bildirilir.

Ötən il zəhərləndirmə nəticəsində təqribən iki yüz fil öldürülmüşdü.