Zimbabvedə aksiyada ölənlərin sayı 6 nəfərə çatıb, 14 nəfər yaralanıb

Digər ölkələr
  • 02 avqust, 2018
  • 17:00
Zimbabvedə aksiyada ölənlərin sayı 6 nəfərə çatıb, 14 nəfər yaralanıb

Bakı. 2 avqust. REPORT.AZ/ Zimbabvenin paytaxtı Hararedə parlament seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyada ölənlərin sayı 6 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, etirazlar zamanı 14 nəfərin yaralandığı bildirilir.

Məlumata görə, paytaxtda atəş səsləri eşidilib. Aksiya iştirakçılarını dağıtmaq məqsədilə gözyaşardıcı qaz və su şırnağından istifadə edilib, şəhərə hərbi texnika yeridilib.

44 filmi