Zelenski və Putin İndoneziyada görüşə bilər

Zelenski və Putin İndoneziyada görüşə bilər Ukrayna Prezidenti Vladimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub
Digər ölkələr
27 Aprel , 2022 16:30
Zelenski və Putin İndoneziyada görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski “G-20”liyin İndoneziyada keçiriləcək Zirvə toplantısına dəvət olunub.

“Report” xəbər verir ki, məlumatı Volodimir Zelenski tviter səhifəsində paylaşıb.

“İndoneziyanın Prezidenti Coko Vidodo ilə telefonla danışdıq. Ukraynanın ərazi bütövlüyü və suvereniyini BMT-də dəstəklədiyi üçün ona təşəkkür etdim. Ərzaq təhlükəsizliyi problemini müzakirə etdik. “G20”nin Zirvə toplantısına dəvətə görə təşəkkür edirəm”, - Volodimir Zelenski yazıb.

Rusiya “G20"nin üzvüdür. Məlumata görə, İndoneziya RF Prezidenti Vladimir Putinin dəvət edilməməsinə dair təklifdən imtina edərək, onu da toplantıya çağırıb.

"Bloomberg" isə yazıb ki, Rusiya və Ukrayna liderlərinin həmin sammit çərçivəsində görüşə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, Zirvə toplantısı 2022-ci il noyabrın 15-16-da İndoneziyanın Bali adasında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi