Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə telefon danışığı aparıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna lideri tviter hesabında paylaşım edib.
Tərəflər Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını müzakirə ediblər.
Zelenski qeyd edib ki, artıq bu məsələlərlə bağlı aydın planlar var.
O, Ukrayna ilə BVF arasında əməkdaşlığın bundan sonra da səmərəli olacağına əmin olduğunu bildirib.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə BVF-ni həm cari, həm də gələn il üçün qlobal artım proqnozlarını aşağı salmağa məcbur edib.
Qeyd edək ki, Ukrayna G7 ("Böyük Yeddilik") ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib.