Yunanıstanda 5,2 bal gücündə zəlzələ olub

Yunanıstanda 5,2 bal gücündə zəlzələ olub Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ olub.
Digər ölkələr
28 Sentyabr , 2021 09:49
Yunanıstanda 5,2 bal gücündə zəlzələ olub

Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

Yeraltı təkanlar əhalisinin sayı 137 min olan İraklion şəhərindən 18 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib. İtki, xəsarət alan və dağıntı barədə hələlik məlumat yayılmayıb.

Qeyd edək ki, sentyabrın 27-də Yunanıstanın Kirit adasının cənubundakı Arvis bölgəsində 5,8 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi