Yunanıstan sahillərində batan miqrantların sayı 34-ə çatdı - YENİLƏNİB

Yunanıstan sahillərində batan miqrantların sayı 34-ə çatdı - YENİLƏNİB Qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantlardan 68-i xilas edilib
Digər ölkələr
13 Sentyabr , 2015 21:00
Yunanıstan sahillərində batan miqrantların sayı 34-ə çatdı - YENİLƏNİB

Bakı. 13 sentyabr. REPORT.AZ/ Türkiyədən Yunanıstana keçmək istəyən mühacirlərin olduğu qayığın batması nəticəsində ölən suriyalı mühacirlərin sayı 34-ə çatıb. "Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, ölənlərdən 14-ü uşaq olub.

Xilas edilən miqrantlar Yunanıstanın sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən Farmakonisi adasına aparılıb.

***18.41

Bakı. 13 sentyabr. REPORT.AZ/ Yunanıstanın Farmakonisi adasının sahillərində göyərtəsində yüzə yaxın miqrantın olduğu gəmi batıb. "Report" BBC-yə istinadən xəbər verir ki, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantlardan 68-i xilas edilib.

Ancaq aralarında bir uşağın da olduğu 28 miqrant dünyasını dəyişib. 

Son xəbərlər

Orphus sistemi