Yunanıstan böhrandan çıxış yollarına dair təklifləri gündəmə gətirmədi

Yunanıstan böhrandan çıxış yollarına dair təklifləri gündəmə gətirmədi "Əyər Afina yeni təklifləri gündəmə gətirməsə Avropalı liderlər yunan iqdisadiyyatına dəstək ola bilməyəcək"
Digər ölkələr
7 İyul , 2015 21:58
Yunanıstan böhrandan çıxış yollarına dair təklifləri gündəmə gətirmədi

Bakı. 7 iyul. REPORT.AZ/ Yunanıstan hökümətinin islahatlara və böhrandan çıxış yollarına dair yeni təklifləri gündəmə gətirməməsi Avroqrupun bu günkü iclasının nəticəsiz qalmasına səbəb olub.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Avroqrupun sədri Yerun Deysselblum bildirib ki, rəsmi Afina öz təkliflərini bu axşam ya da ən gec iyulun 8-də səhər təqdim etməlidir. Onun sözlərinə görə, Afina rəsmiləri ilə birbaşa videokonfrans da təşkil oluna bilər.

Bu arada Niderlandın maliyyə naziri Mart Rütte bəyan edib ki, Yunanıstanın bundan sonra qarşılaşacağı problemlərə görə bilavasitə rəsmi Afina cavabdehdir.

O, xəbərdarlıq edib ki, əyər Afina yeni təklifləri gündəmə gətirməsə Avropalı liderlər yunan iqdisadiyyatına dəstək ola bilməyəcək.

Son xəbərlər

Orphus sistemi