Yuxarı
    Bağlamaq

    Yunanıstan baş naziri Aİ-nin növbədənkənar sammitinin keçirilməsini tələb edəcək

    Tsipras sammitdən Yunanıstana yardımın üçüncü proqramı üzrə sazişin həyata keçirilməsini tələb edəcək

    Bakı. 27 aprel. REPORT.AZ/ Yunanıstanın baş naziri Aleksis Tsipras bu gün Avropa Şurasının sədri Donald Tuska zəng edərək təcili olaraq Avropa İttifaqının növbədənkənar sammitinin keçirilməsini tələb edəcək.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Afina xəbər agentliyi məlumat yayıb.

    Agentlikdən bilidirilib ki, hökumətdəki mənbə A.Tsiprasın sammitdən 2015-ci ilin iyulunda imzalanmış Yunanıstana yardımın üçüncü proqramı üzrə sazişin həyata keçirilməsini tələb edəcək.

    Rəsmi Afinanın bu tələbinin səbəbi cümə axşamı Avrozona ölkələrinin Maliyyə Nazirləri Şurasının (Avroqrupun) Yunanıstan üzrə növbədənkənar iclasının keçirilməməsinə qərar verilməsidir. Hərçənd Yunanıstan hökuməti Avroqrupun aprelin 28-də əlavə iclasda ölkədəki vəziyyəti müzakirə edəcəyinə, islahat proqramına müsbət qiymət verəcəyinə və ölkənin dövlət borcu ilə bağlı müzakirələrə başlayacağına ümid edirdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi