Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb

Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən Beyrut (Livan), Əmman (İordaniya) və Təl-Əvivə (İsrail) uçuşların ləğv edilməsi qərarının qüvvədə olmaq müddətinin avqustun 13-dək uzadıldığını açıqlayıb.
Digər ölkələr
8 Avqust , 2024 19:43
Yunanıstan aviaşirkəti Beyrut, Əmman və Təl-Əvivə uçuşların ləğvi müddətini uzadıb

Yunanıstanın “Aegean Airlines” aviaşirkəti Yaxın Şərqdə gərginləşən münaqişə səbəbindən Beyrut (Livan), Əmman (İordaniya) və Təl-Əvivə (İsrail) uçuşların ləğv edilməsi qərarının qüvvədə olma müddətinin avqustun 13-dək uzadıldığını açıqlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.

“Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Beyruta (Rafik Həriri adına beynəlxalq hava limanı), Təl-Əvivə (Ben Qurion adına beynəlxalq hava limanı) və Əmmana (Kraliça Aliyə adına beynəlxalq hava limanı) bütün planlaşdırılmış reyslər 13 avqust 2024-cü il tarixinədək ləğv edilib. Ləğvin təsir etdiyi sərnişinlər, eləcə də 31 avqust 2024-cü ilə qədər Beyrut, Əmman və Təl-Əvivə uçmaq və ya oradan qayıtmaq istəyən sərnişinlər bizimlə əlaqə saxlaya və pulsuz olaraq 31 dekabr 2024-cü il tarixinədək yeni səyahət tarixlərini seçə bilərlər”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi