Yeni Zelandiya dənizdə yeni neft-qaz yataqlarının axtarışını qadağan edib

Yeni Zelandiya dənizdə yeni neft-qaz yataqlarının axtarışını qadağan edib Bakı. 12 aprel. REPORT.AZ/ Yeni Zelandiya hökuməti dənizdə yeni neft və qaz yataqlarının axtarışını qadağan edib.
Digər ölkələr
12 Aprel , 2018 06:40
Yeni Zelandiya dənizdə yeni neft-qaz yataqlarının axtarışını qadağan edib

Bakı. 12 aprel. REPORT.AZ/ Yeni Zelandiya hökuməti dənizdə yeni neft və qaz yataqlarının axtarışını qadağan edib.

"Report" "The New Zealand Herald"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Casinda Ardern bildirib.

"Biz gələcək nəsilləri iqlim dəyişikliyinin çox zərərli nəticələrindən qoruyuruq", - deyə baş nazir bildirib.

Ölkənin energetika və təbii resurslar naziri Meqan Vudz isə bildirib ki, qadağa geoloji kəşfiyyata daha əvvəl verilmiş lisenziyaları nəzərdə tutmur. Onun sözlərinə görə, bu işlər 2030-cu ilə qədər davam edə bilər.

Müxalifət nümayəndələri isə öz növbəsində, hökumətin qərarını tənqid ediblər. Qeyri-iqtidar təmsilçiləri bu qərarı "iqtisadi vandalizm" adlandırıblar. Onlar bildirirlər ki, neft-qaz şirkətləri minlərlə iş yeri yaradır və hər il ölkənin büdcəsini doldurur.

Son xəbərlər

Orphus sistemi