Yeni Orlean terrorçusu 2023-cü ildə Misir və Kanadaya səfər edib

Yeni Orlean terrorçusu 2023-cü ildə Misir və Kanadaya səfər edib “Yeni il ərəfəsində Yeni Orleanda terror aktını törədən Şəmsud Din Cabbar 2023-cü ilin yayında Misir və Kanadada səfərdə olub, Federal Təhqiqat Bürosu cinayətkarın bu səfərləri hansı məqsədlə etdiyini araşdırır”.
Digər ölkələr
6 Yanvar , 2025 06:49
Yeni Orlean terrorçusu 2023-cü ildə Misir və Kanadaya səfər edib

“Yeni il ərəfəsində Yeni Orleanda terror aktını törədən Şəmsud Din Cabbar 2023-cü ilin yayında Misir və Kanadada səfərdə olub, Federal Təhqiqat Bürosu cinayətkarın bu səfərləri hansı məqsədlə etdiyini araşdırır”.

“Report” xəbər verir ki, bu barədə büronun nümayəndəsi Layonel Mirtil mətbuat konfransında məlumat verib.

“Cabbar 22 iyun - 3 iyul 2023-cü il tarixləri arasında Misirin Qahirə şəhərinə gedib. Bir neçə gün sonra, iyulun 10-da o, Kanadaya, Ontario əyalətinə uçub və iyulun 13-də ABŞ-a qayıdıb. Agentlərimiz onun hara getdiyi, kiminlə görüşdüyü və bu səfərlərin onun Nyu Orleandakı fəaliyyəti ilə necə əlaqəli olduğu ilə bağlı suallara cavab almağa çalışır”,-deyə o bildirib.

Mirtil onu da qeyd edib ki, cinayətkar hücumdan əvvəl iki dəfə - 2024-cü ilin oktyabr və noyabr aylarında Nyu Orleana səfər edib.

İlk səfəri zamanı o, sonradan terror aktı törətdiyi məhəlləni öyrənərkən “Meta”nın videoçəkiliş funksiyası olan eynəyindən istifadə edib.

Xatırladaq ki, yanvarın 1-də Yeni Orleanda avtomobillə insan izdihamına edilən hücumda 15 nəfər ölüb, 30-dan çox insan yaralanıb. İnsanlarla toqquşmadan sonra Cabbar pikapdan düşərək ətrafa atəş açmağa başlayıb. Polis cavab atəşi açaraq cinayətkarı güllələyib.

Son xəbərlər

Orphus sistemi