Yeni Dehlidə havanın keyfiyyəti kəskin şəkildə pisləşib

Yeni Dehlidə havanın keyfiyyəti kəskin şəkildə pisləşib Hindistanın paytaxtı Yeni Dehli şəhərində havanın keyfiyyəti ölkə sakinləri üçün ilin əsas bayramı - Divalinin qeyd etmələri səbəbindən kəskin şəkildə pisləşib.
Digər ölkələr
12 noyabr 2023 20:48
Yeni Dehlidə havanın keyfiyyəti kəskin şəkildə pisləşib

Hindistanın paytaxtı Yeni Dehli şəhərində havanın keyfiyyəti ölkə sakinləri üçün ilin əsas bayramı - Divalinin qeyd etmələri səbəbindən kəskin şəkildə pisləşib.

“Report” xəbər verir ki, bunu Hava Keyfiyyəti İndeksinin saytında dərc olunan ölçmə sistemlərinin məlumatları sübut edir.

Divali ənənəvi olaraq atəşfəşanlıq və fişəng partlayışları ilə qeyd olunur.

Hindistanın paytaxtında havanın keyfiyyətinin orta indeksi 370-ə yüksəlib. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi təhlükəsiz səviyyələrdən təxminən 20 dəfə yüksəkdir.

Yeni Dehlidə havanın çirklənməsinin digər səbəblərindən biri fermerlərin məhsul yığdıqdan sonra tarlalarda qalan samanı yandırmasıdır.

Son xəbərlər

Orphus sistemi