Yəmənin sabiq prezidenti husilərlə ittifaqı rəsmən pozub

Yəmənin sabiq prezidenti husilərlə ittifaqı rəsmən pozub Bakı. 4 dekabr. REPORT.AZ/ Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh Ənsar Allah hərəkatının üzvləri ilə (husilər) müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bəyan edib.
Digər ölkələr
4 Dekabr , 2017 03:58
Yəmənin sabiq prezidenti husilərlə ittifaqı rəsmən pozub

Bakı. 4 dekabr. REPORT.AZ/ Yəmənin sabiq prezidenti Əli Abdulla Saleh "Ənsar Allah" hərəkatının üzvləri ilə (husilər) müttəfiq əlaqələrinin rəsmən pozulduğunu bəyan edib.

“Report” xəbər verir ki, bu barədə "Al-Arabiyya" telekanalı məlumat yayıb.

"Sənanın (Yəmənin paytaxtı) döyüş meydanında həlledici məqam yetişdi...Ölkə husilərin ağılsızlıqlarından xilas olmalıdır", — deyə o bildirib.

Saleh öz qərarını qruplaşmanın Yəmən vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətləri ilə izah edib:

"Onlar öz tamahkar məqsədləri üçün ölkəni aclığa düçar ediblər və İranın siyasi sifarişlərini rəhbər tuturlar".

Noyabrın sonlarından Sənada husilər və Saleh tərəfdarları arasında gedən döyüşlər nəticəsində azı 200 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi