Bakı. 29 sentyabr. REPORT.AZ/ Yəməndə Qırmızı dəniz sahilindəki kənddə toy çadırına raket düşüb. Hadisə nəticəsində 130 nəfər ölüb.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda
Məlumata görə, həmin çadırlarda husi qiyamçıları toy edirmiş.
Yəməndəki qiyamçılara qarşı mübarizə aparan ərəb dövlətləri koalisiyasının başçısı Səudiyyə Ərəbistanı hadisənin baş verməsində günahının olmadığını bildirib.
BMT-nin baş katibi Pan Gi Mun isə hadisəni insan həyatına laqeyd münasibət kimi dəyərləndirib.
Yəmənin təhlükəsizlik qüvvələri isə hava zərbələrinin səhvən toy çadırına düşdüyünü bəyan edib.