Yuxarı

​Yəməndə Səudiyyə Ərəbistanına məxsus hərbi vertolyot qəzaya uğrayıb

Qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib

Bakı. 26 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus zərbə vertolyotu Yəmənin Mərib əyalətində qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə husilərə qarşı mübarizədə Yəmənin hökumətyönlü qüvvələrinə dəstək verən koalisiyanın komandanlığı məlumat yayıb.

Qəza nəticəsində vertolyotun kapitanı Ayman əl-Fifi və leytenant Məhəmməd əl-Həsən ölüb.

"Apache" tipli vertolyot heyət üzvlərinin uçuş həyata keçirdiyi bölgədə hava şəraitinin əlverişsiz olması səbəbindən qəzaya uğrayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi