​Yəməndə 540 nəfər həlak olub

​Yəməndə 540 nəfər həlak olub Yüz minlərlə insan öz evini tərk edib
Digər ölkələr
8 Aprel , 2015 04:58
​Yəməndə 540 nəfər həlak olub

Bakı. 8 aprel. REPORT.AZ/ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumata görə, son həftələr Yəməndə baş verən toqquşmalarda təqribən 540 nəfər həlak olub, 1700 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Cenevrədəki ofisində keçirilən mətbuat konfransında ÜST-nın mətbuat katibi Kristian Lindmayer bildirib.

YUNİSEF-in Uşaq Fondunun mətbuat katibi Kristof Buyera öz növbəsində qeyd edib ki, ölkədə gedən münaqişə səhiyyə sisteminə, vaksinlərin və içməli suyun əldə olunmasına təsir göstərir.

"Yüz minlərlə insan öz evini tərk edib", - deyə Buyera qeyd edib.

İngilis versiyası 540 people killed in Yemen

Son xəbərlər

Orphus sistemi