Yəmənin husi üsyançıları Qırmızı dənizdə daha bir yük gəmisinə hücum edib.
“Report” xəbər verir ki, bu barədə "Al Arabiya" üsyançıların hərbi sözçüsü Yəhya Sareaya istinadən məlumat yayıb.
“MSC United” kommersiya gəmisinin ekipajı üç dəfə xəbərdarlıq siqnalına məhəl qoymayıb, bundan sonra üsyançılar ona raket zərbələri endiriblər.
Oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra İsrail Müdafiə Qüvvələri hərbi əməliyyata başlayıb. Bu hadisələr Yaxın Şərqdə bir sıra qrupların İraq və Suriyada ABŞ hərbi bazalarına qarşı hücumlarını intensivləşdirib. Yəmənin husi üsyançıları da öz növbəsində Qırmızı dənizdə gəmiləri atəşə tutmağa başlayıblar.
Dekabrın 18-də Pentaqon rəhbəri Lloyd Ostin Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsinə yönəlmiş “Prosperity Guardian” əməliyyatının başladığını bildirib.