Yaxın Şərqdə bazalara hücum zamanı ABŞ-ın onlarla hərbçisi yaralanıb

Yaxın Şərqdə bazalara hücum zamanı ABŞ-ın onlarla hərbçisi yaralanıb ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına artan hücumlar nəticəsində 20-dən çox amerikalı hərbçi yaralanıb.
Digər ölkələr
25 Oktyabr , 2023 05:02
Yaxın Şərqdə bazalara hücum zamanı ABŞ-ın onlarla hərbçisi yaralanıb

ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına artan hücumlar nəticəsində 20-dən çox amerikalı hərbçi yaralanıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Pentaqonun məlumatına görə, oktyabrın 17-dən 24-dək olan həftə ərzində yaraqlı qruplar Qəzza zolağında münaqişənin şiddətləndiyi bir vaxtda İraqdakı ABŞ əsgərlərinə raket və pilotsuz uçuş aparatları ilə 10 dəfə, Suriyada isə üç dəfə hücum edib.

Suriyadakı at-Tanf bazasında pilotsuz təyyarənin hücumu nəticəsində 20 hərbçi yüngül xəsarət alıb, İraqdakı Əl-Əsəd aviabazasında isə daha 4 hərbçi yaralanıb, mərkəzi komandanlıq bildirib.

Bundan əvvəl İraqın Ənbar vilayətində ölkənin qərbində yerləşən Ayn al-Asad hərbi aviabazasının raketlərlə atəşə tutulduğu bildirilib. Bu aviabazada Amerika hərbçiləri yerləşdirilib.

Oktyabrın 21-də Ayn əl-Əsəd bazası üzərində iki pilotsuz təyyarə vurulub.

Son xəbərlər

Orphus sistemi