Yaponiyanın 39 prefekturasında karantin rejimi ləğv olunur

Yaponiyanın 39 prefekturasında karantin rejimi ləğv olunur Yaponiya hökuməti koronavirusla əlaqədar tətbiq olunan karantin rejimini 47 prefekturanın 39-sunda ləğv edir.
Digər ölkələr
14 May , 2020 07:19
Yaponiyanın 39 prefekturasında karantin rejimi ləğv olunur

Yaponiya hökuməti koronavirusla əlaqədar tətbiq olunan karantin rejimini 47 prefekturanın 39-sunda ləğv edir.

“Report” “Kyodo” agentliyinə istinadən xəbər verir ki, bunu iqtisadi bərpa naziri Yasutosi Nisimura hökumətin ekspert şurasının iclasında deyib.

Onun sözlərinə görə, ciddi karantin rejimi Hokkaydo, Tokio və qonşu Saytam, Tib, Kanagava, həmçinin Kyoto, Osaka, Hyoqo şəhərlərində saxlanılacaq.

Bunda sonra Yaponiyanın Baş naziri Şinzo Abe koronavirusla əlaqədar tətbiq olunan karantin rejiminin qeyd olunan prefekturalarda ləğvi üçün ölkə parlamentinə müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi