Yaponiyada silahlı şəxs bir neçə nəfəri girov götürdü

Digər ölkələr
  • 21 aprel, 2020
  • 01:53
Yaponiyada silahlı şəxs bir neçə nəfəri girov götürdü

Yaponiyanın cənub-qərbindəki Fukuoka şəhərində bıçaqla silahlanmış şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Bu barədə "Report" NHK telekanalına istinadən xəbər verir.

Məlumata görə, o, kafedəki şəxsləri artıq 2 saatdır girov saxlayır. Hələlik xəsarət alanlar barədə məlumat verilmir. 

Qeyd edilir ki, polis əməkdaşları hadisənin baş verdiyi ərazini əhatəyə alıb. İlkin ehtimala görə, silahlı şəxs kafenin keçmiş əməkdaşıdır.