Yaponiyada rekord göstəricidə yağan qar nəticəsində 7 nəfər ölüb, 64 nəfər zədələnib

Digər ölkələr
  • 12 fevral, 2018
  • 07:14
Yaponiyada rekord göstəricidə yağan qar nəticəsində 7 nəfər ölüb, 64 nəfər zədələnib
121 Clicks

Bakı. 12 fevral. REPORT.AZ/ Yaponiyada rekord göstəricidə yağan qar nəticəsində 7 nəfər ölüb, 64 nəfər müxtəlif dərəcəli zədə alıb. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

NHK telekanalının məlumatına görə, Fukui prefekturasında 5, Niiqatada və Fukuoka prefekturalarında isə 1 nəfər ölüb.

Zədəlilərin əksəriyyəti isə qar təmizləməsi zamanı yıxılanlardır.