Yuxarı

​Yaponiyada qasırğa nəticəsində 300 min ev işıqsız qalıb

200-ə yaxın təyyarə reysi təxirə salınıb

Bakı. 25 avqust. REPORT.AZ/ Yaponiyanın cənubunda baş verən güclü "Goni" qasırğası nəticəsində 300 min ev işıqsız qalıb, 200-ə yaxın təyyarə reysi təxirə salınıb.

"Report" xəbər verir ki, bu haqda Yaponiya KİV-i məlumat yayıb.

Qasırğa ölkənin Yamaquti əyalətindən qərbə - Xonsü adalarının cənubuna doğru irəliləyir.

Təbii fəlakət nəticəsində 8 nəfərin xəsarət aldığı məlum olub.

Meteoroloqlar qasırğanın dalğasının yüksək olacağını bildirərək, ada sakinlərini dənizə çıxmamağa çağırıblar. Mütəxəssislər bildirib ki, davamlı və güclü yağış nəticəsində sel əmələ gələcək.

Küləyin sürəti saniyədə 35 metr, bəzi hallarda isə 50 metrə çatıb. Ötən gün gecə saatlarında Okinava əyalətinin yerləşdiyi İsiqaki adasında isə saniyədə 71 metr olmaqla rekord sürət qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi