Yaponiyada koronavirusa yoluxma halı artıb
Digər ölkələr
- 24 iyun, 2020
- 12:49
Yaponiyada ötən gündən COVID-19 virusuna 90 nəfər yoluxub ki, bu da son ayda ən yüksək həddir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə, Əmək, Rifah Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yoluxanlardan 55 nəfəri paytaxt Tokionun payına düşüb ki, bu da may ayının əvvəlindən bu yana ən yüksək göstəricidir.
İşgüzar fəaliyyət üçün hər cür məhdudiyyətlərin ləğv edildiyi paytaxtda son həftə ərzində gündəlik yoluxma səviyyəsi 30-40-dır. Bu da ayın əvvəlinə nisbətən iki dəfə çoxdur. Yoluxanların əksəriyyətinin içki və əyləncə məkanlarının müştəriləri olduğu bildirilir.
Həmçinin ötən gündən ölkədə koronavirusdan ölənlərin sayı daha 4 nəfər artaraq 982-yə çatıb. Bütövlükdə ölkədə indiyədək 18 836 nəfər virusa yoluxub.
Son xəbərlər
23:59
BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq
Digər ölkələr23:45
Fyodorov: Belçika və İspaniya Ukraynaya 2 milyard avro müdafiə yardımı ayıracaq
Digər ölkələr23:25
Şahbaz Şərif Mark Karnini Pakistana dəvət edib
Digər ölkələr23:10
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Hadisə22:49
Dominikanda güclü yağışlar səbəbindən 30 min nəfər təxliyə edilib, üç nəfər həlak olub
Digər ölkələr22:36
Salyanda baş verən qəzada xəsarət alan beş nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
Hadisə22:33
Zelenski: Ukrayna və Avropa ölkələri birgə HHM sisteminin yaradılmasını müzakirə edəcək
Digər ölkələr22:24
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olunacaq
İncəsənət22:20