Yaponiyada güclü qasırğaya görə 377 təyyarə reysi təxirə salınıb - YENİLƏNİB

Yaponiyada güclü qasırğaya görə 377 təyyarə reysi təxirə salınıb - YENİLƏNİB Bakı. 28 iyul. REPORT.AZ/ Yaponiyada baş verən güclü Condari qasırğasına görə 377 təyyarə reysi təxirə salınıb.
Digər ölkələr
28 İyul , 2018 11:53
Yaponiyada güclü qasırğaya görə 377 təyyarə reysi təxirə salınıb - YENİLƏNİB

Bakı. 28 iyul. REPORT.AZ/ Yaponiyada baş verən güclü "Condari" qasırğasına görə 377 təyyarə reysi təxirə salınıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, əlverişsiz hava şəraitinə görə gəmilər də işləmir. 

Hökumət rəsmiləri təbii fəlakət bölgəsində yaşayan 80 min insana evlərini tərk etmələri barədə xəbərdarlıq edib. 


*** 06:17

"Condari" adlı güclü qasırğanın Yaponiyanın cənub şərq sahillərinə doğru yaxınlaşması 152 daxili reysin ləğvinə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. 

Bildirilir ki, qasırğa saniyədə 40 metr sürətlə hərəkət edir, istənilən halda saniyədə 55 metrə çata bilər. 

Qeyd olunur ki, qasırğa bölgəyə bol yağıntı və güclü külək gətirə bilər.

Xəbər verildiyi kimi, Yaponiyada baş verən "Prapirun" qasırğası səbəbindən 18 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi