Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib

Digər ölkələr
  • 09 noyabr, 2026
  • 10:18
Yaponiyada 5,7 maqnitudalı zəlzələ baş verib

Yaponiyanın Honşu adasında 5,7 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (ESMC) məlumat yayıb.

Zərərçəkənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.