Yaponiya “Tomahawk” raketlərini planlaşdırılmış vaxtdan əvvəl alacaq

Yaponiya “Tomahawk” raketlərini planlaşdırılmış vaxtdan əvvəl alacaq Yaponiya ABŞ-dan “Tomahawk” qanadlı raketlərini planlaşdırılan kimi 2026-cı ildə deyil, 2025-ci ildə alacaq.
Digər ölkələr
5 Oktyabr , 2023 06:12
Yaponiya “Tomahawk” raketlərini planlaşdırılmış vaxtdan əvvəl alacaq

Yaponiya ABŞ-dan “Tomahawk” qanadlı raketlərini planlaşdırılan kimi 2026-cı ildə deyil, 2025-ci ildə alacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə razılıq Yaponiyanın yeni müdafiə naziri Minoru Kiharanın amerikalı həmkarı Lloyd Ostin ilə Vaşinqtonda baş tutan görüşü zamanı əldə olunub.

Yaponiya tərəfinin planına görə, ABŞ-dan 400 qanadlı raket alına bilər. Əvvəlcə onların hamısının ən son “Blok V” modifikasiyası olacağı güman edilirdi, lakin müdafiə idarələrinin rəhbərləri Tokionun aldığı raketlərin yarısının köhnə “Blok IV” modifikasiyası olacağına razılaşıblar.

Eyni zamanda, Tokio hazırda özünün “Tip-12” raketlərini modernləşdirir, onların uçuş məsafəsi 1000 km-dən çox olmalıdır. Bu silahlar mobil yerüstü qurğular, həmçinin gəmilər və təyyarələr üçün yaradılır.

Qeyd edək ki, “Tomahawk” raketləri ABŞ Hərbi Dəniz Qüvvələrində istifadə olunur. Bu raketlər 1600 kilometr radiusda hədəfləri vura bilir.

Son xəbərlər

Orphus sistemi