Yaponiya qırıcıları Sakit okean üzərində Çin bombardmançılarını müşayiət ediblər

Digər ölkələr
  • 21 aprel, 2023
  • 17:47
Yaponiya qırıcıları Sakit okean üzərində Çin bombardmançılarını müşayiət ediblər

Aprelin 21-də Yaponiya qırıcıları Şərqi Çin dənizi və Sakit okean üzərində uçan Çin Hərbi Hava Qüvvələrinə məxsus iki H-6 strateji bombardmançı təyyarəsini müşayiət etmək üçün havaya qalxıb.

“Report” xəbər verir ki, bu barədə Yaponiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çinin iki bombardmançı təyyarəsi Yaponiyanın Okinava adasının cənubuna, Şərqi Çin dənizindən cənub-şərq istiqamətində Sakit Okeana və geri uçub.