Yamaykada saxta sənəddən istifadə edən ermənilər saxlanılıb

Yamaykada saxta sənəddən istifadə edən ermənilər saxlanılıb Onlara saxta sənəd gəzdirməklə bağlı ittiham irəli sürülüb
Digər ölkələr
2 May , 2017 08:13
Yamaykada saxta sənəddən istifadə edən ermənilər saxlanılıb
Courtesy İmage

Bakı. 2 may. REPORT.AZ/ Yamaykada adanı saxta ABŞ pasportları ilə tərk edərək Kanadaya getmək istəyən erməni cütlük saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə "Jamaica Observer" xəbər verib.

Mətbu orqanının məlumatına görə, 27 yaşlı mexanik Edmuş Ayko və onun 21 yaşlı arvadı, qadın bərbəri Enka ölkəni "yaxşı həyat axtarışı" ilə tərk etmək istəmələrini təsdiq ediblər. Onlar bildiriblər ki, saxta pasportları Monteqo-Bey çimərliyində görüşdükləri yamaykalıdan 200 dollara əldə ediblər

Polisin rəsmi məlumatına görə, cütlük saxta pasport təqdim etməklə "Air Canada"nın təyyarəsinə əyləşərək Torontoya getmək istəyib. Onlar "Air Canada"nın əməkdaşları tərəfindən saxlanılıblar.

Cütlük həbs edilib və onlara saxta sənəd gəzdirməklə bağlı ittiham irəli sürülüb. 

Son xəbərlər

Orphus sistemi