Çin XİN: Pekin Yaxın Şərq münaqişəsinin həlli üçün Fars körfəzi ölkələri ilə dialoqu gücləndirməyə hazırdır

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 15:54
Çin XİN: Pekin Yaxın Şərq münaqişəsinin həlli üçün Fars körfəzi ölkələri ilə dialoqu gücləndirməyə hazırdır

Çin Yaxın Şərqdə davamlı təhlükəsizlik və sabitliyi təmin etmək üçün Səudiyyə Ərəbistanı, İran və Fars körfəzi regionunun digər ölkələri ilə dialoqu gücləndirməyə hazırdır.

"Report" CCTV+ telekanalına istinadən xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin Səudiyyə Ərəbistanının milli təhlükəsizlik üzrə müşaviri Musaad bin Məhəmməd əl-Ayban və İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kaninin ölkəyə səfərləri, həmçinin Çinin Səudiyyə Ərəbistanı-İran münasibətləri və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi haqqında sualı cavablandırarkən bildirib.

"Yaxın Şərqdə gərginliyin artması şəraitində Çin Səudiyyə Ərəbistanı, İran və regionun digər ölkələri ilə ünsiyyət və dialoqu aktivləşdirməyə hazırdır. Birinci vəzifə Yaxın Şərqdə münaqişələrin yenidən başlamasının qarşısını almaqdır", - o qeyd edib.

Mao Ninin sözlərinə görə, Çin obyektiv və ədalətli mövqe tutmağa davam edəcək, mübahisələrin danışıqlar yolu ilə həllində İran və ABŞ-yə yardım edəcək, Yəmən probleminin siyasi həllinə və Hörmüz boğazının açılması üzrə hərtərəfli həll səylərinə kömək göstərəcək.

"Ümid edirik ki, region ölkələri qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə sadiq qalacaq, ümumi, hərtərəfli, əməkdaşlığa əsaslanan və davamlı təhlükəsizlik üçün birlikdə yeni regional arxitektura yaradacaq və regionda dayanıqlı sülhə nail olacaqlar", - o əlavə edib.

44 filmi