Xarkovda yaşayış bölgəsinin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb

Xarkovda yaşayış bölgəsinin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.
Digər ölkələr
16 Aprel , 2022 01:00
Xarkovda yaşayış bölgəsinin atəşə tutulması nəticəsində ölənlərin sayı artıb

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Daha 35 nəfərin yaralandığı bildirilir.

Həmçinin bir sıra evlərə ciddi ziyan dəyib.

Faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə ibtidai istintaq başlayıb.

Xatırladaq ki, aprelin 15-də saat 16:30 radələrində Rusiya hərbçiləri Xarkov şəhərinin Sənaye Məhəlləsini “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar.

20:58

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, - o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.

Son xəbərlər

Orphus sistemi