Yuxarı

Vyetnamda daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb

Təbii fəlakət nəticəsində 100 mindən çox ev su altında qalıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Vyetnamda baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "UPI" agentliyi xəbər yayıb.

Məlumatda bildirilir ki, daşqınlara leysan yağışlar səbəb olub. Bununla yanaşı, ölkənin şərq sərhədlərinə "Sarika" qasırğası daxil olmaqdadır.

Təbii fəlakət nəticəsində 100 mindən çox ev və ölkənin mərkəzi hissəsinə əkin sahələri su altında qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi