Yuxarı

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir

Bakı. 17 oktyabr. REPORT.AZ/ Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfərin həlak olduğu bildirilir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 8 nəfər itkin düşüb.

Ölkənin təbii fəlakətlərin qarşısının alınması Komitəsinin hesabatına əsasən, həlak olanların əksəriyyəti Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyalətinin sakinləri olub.

İlkin məlumatlara görə, daşqınlar zamanı 7 ev dağılıb, 100 minə yaxın evi su basıb.

Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi