Viktor Orban: Serbiya Prezidenti ilə enerji təhlükəsizliyi məsələsini müzakirə etdik - YENİLƏNİB

Viktor Orban: Serbiya Prezidenti ilə enerji təhlükəsizliyi məsələsini müzakirə etdik - YENİLƏNİB Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orban və xarici işlər naziri Peter Siyarto ilə enerji təhlükəsizliyi və infrastruktur layihələrini müzakirə etməyi planlaşdırır.
Digər ölkələr
18 Yanvar , 2025 17:04
Viktor Orban: Serbiya Prezidenti ilə enerji təhlükəsizliyi məsələsini müzakirə etdik - YENİLƏNİB

Serbiya Prezidenti Aleksandr Vuçiç və Macarıstanın Baş naziri Viktor Orban enerji təhlükəsizliyi məsələsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Orban "X" sosial şəbəkəsində məlumat verib.

"Biz vətəndaşlarımızın və şirkətlərimizin enerji sahəsinə sərbəst çıxışının olmasına nail olmaq istəyirik. Bu gün Belqradda Prezident Vuçiçlə məhz bu məsələni müzakirə etdik", - o qeyd edib.

15:48

Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orban və xarici işlər naziri Peter Siyarto ilə enerji təhlükəsizliyi və infrastruktur layihələrini müzakirə etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Vuçiç sosial şəbəkələrdə məlumat verib.

"İnfrastruktur layihələrinin həyata keçirilməsi və ölkələrimizin regionda əsas enerji dəhlizləri kimi strateji əhəmiyyəti nəzərə alınmaqla enerji təhlükəsizliyi diqqət mərkəzimizdədir", - o yazıb.

Macarıstanın Baş naziri və xarici işlər naziri Belqrada bu gün gəlib.

Son xəbərlər

Orphus sistemi