"Volmart"ın meneceri əməkdaşlarına atəş açıb, 6 nəfər ölüb
Digər ölkələr
- 24 noyabr, 2022
- 02:02
ABŞ-ın Virciniya ştatında “Volmart” (“Walmart”) mağazasının müdiri əməkdaşlarına atəş açıb. O 6 nəfəri öldürüb, sonra isə özünü güllələyib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölənlər arasında 16 yaşlı yeniyetmə də var.
Məlumata görə, azı dörd nəfər yaralanıb. Ümumilikdə mağazada 50-yə yaxın adam olub.
Hadisəni törədən şəxs 31 yaşlı Andre Binqdir. Həmin şəxsin həmkarları onun əvvəllər də qəribə və bəzən də hədələyici davranışlar sərgilədiyini bildiriblər.
Eyni zamanda, daha öncə A. Binqin hökumətin onu izləməsindən narahatlığını ifadə edən paranoyak fikirlər səsləndirdiyi qeyd edilib.
Son xəbərlər
04:08
İsrailin ABŞ-dəki səfiri Vaşinqtonda Livanla danışıqları uğurlu adlandırıb
Digər ölkələr03:53
ABŞ İran neftinin satışına icazə müddətini uzatmayacaq
Digər ölkələr03:21
Azərbaycan İcraiyyə Şurasının iclasında UNESCO-nun səmərəliliyinin artırılmasına çağırıb
Xarici siyasət02:49
KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edib
Digər ölkələr02:14
İsrail "Hizbullah"ın üç silahlısını əsir götürüb
Digər ölkələr01:38
ABŞ Venesuelaya qarşı sanksiyaları yumşaldıb
Digər ölkələr01:01
UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar bəlli olub
Futbol00:56
Əraqçi: İran Yaxın Şərqdə müharibənin dayandırılması səylərinə müsbət cavab verib
Region00:30