“Volkswagen” fermerlərin etirazına görə zavodlarından birində istehsalı dayandırıb

Digər ölkələr
  • 08 yanvar, 2024
  • 11:49
“Volkswagen” fermerlərin etirazına görə zavodlarından birində istehsalı dayandırıb

Almaniya avtomobil istehsalçısı olan “Volkswagen” Emden şəhərində (Aşağı Saksoniya) yerləşən zavodunda istehsalı dayandırıb.

“Report” xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, etirazçılar zavod ərazisinə girişləri bağlayıblar. Nəticədə zavodun əməkdaşları müəssisəyə daxil ola bilmirlər. Amma yanvarın 9-da istehsalın bərpa olunacağı gözlənilir.

Fermerlər yanvarın 15-də paytaxt Berlində böyük mitinq keçirəcəklər.