Yuxarı

Vladimir Putin DİN-in ştat cədvəlini artırıb

İndi Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin ştatında 1 067 876 əməkdaş olacaq

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin ştat cədvəlinin artırılması barədə sərəncam imzalayıb.

"Report" xəbər verir ki, DİN əməkdaşlarının sayı 64 min nəfərdən çox artaraq 1 067 876 nəfərə çatıb.

Onların 872 970 nəfəri daxili işlər orqanlarının əməkdaşları, 17 376 nəfəri federal dövlət məmuru, 177 530 nəfəri isə digər işçilərdir.

Xatırladaq ki, indiyədək DİN-in ştatında 1 003 232 nəfər var idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi