Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır

Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır Macarıstanın Baş naziri Viktor Orban Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Budapeştin Avropa İttifaqı Şurasına sədrliyi proqramını təqdim edib.
Digər ölkələr
9 Oktyabr , 2024 16:02
Viktor Orban: Avropa Komissiyası müqavilələrin zəmanətçisi deyil, siyasi alət rolunu oynayır
Viktor Orban

Macarıstanın Baş naziri Viktor Orban Strasburqda Avropa Parlamentinin plenar sessiyasında Budapeştin Avropa İttifaqı Şurasına sədrliyi proqramını təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Hökumət başçısı rəqabətqabiliyyətlilik və miqrasiya problemlərinə diqqət yetirib. Avropa Mərkəzi Bankının keçmiş sədri Mario Draqinin hesabatına dəfələrlə istinad edərək, Avropa İttifaqının iqtisadi artımda ABŞ və Çindən geri qaldığını xüsusi qeyd edib.

O, Avropada enerji daşıyıcılarının yüksək qiymətlərini Avropa iqtisadiyyatının yavaşlamasının səbəbi kimi qeyd edib.

Buna cavab olaraq, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Macarıstan hökumətinin siyasətini tənqid edib. İttihamlar arasında xüsusilə Macarıstanın Rusiya enerji daşıyıcılarını alması və s. səslənib.

Avropa Parlamentinin bir sıra fraksiya rəhbərləri və bir çox deputatlar Macarıstan hökumətinin siyasətini tənqid ediblər.

Tənqidlərə cavab olaraq V.Orban bildirib: "Siz deputatsınız və istədiyinizi edə bilərsiniz. Amma Avropa Komissiyasının sədri məni təəccübləndirdi. Avropa İttifaqı müqavilələrində deyildiyi kimi, komissiya onların zəmanətçisidir və onun işi müqavilələri qorumaqdır. Məsələ burasındadır ki, o, siyasi debatlardan qaçmalı və neytral şəkildə işləməlidir. Lakin sədr qaydanı dəyişir: komissiya artıq müqavilələrin zəmanətçisi deyil, siyasi alətdir".

Son xəbərlər

Orphus sistemi