​Venesuelada dövlət qulluqçuları yalnız bazar ertəsi və çərşənbə axşamı işləyəcək

Digər ölkələr
  • 27 aprel, 2016
  • 01:54
​Venesuelada dövlət qulluqçuları yalnız bazar ertəsi və çərşənbə axşamı işləyəcək

Bakı. 27 aprel. REPORT.AZ/Venesuelada dövlət qulluqçularının iş günləri azaldılıb. "Report"un "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, dövlət qulluqçuları bundan sonra həftə ərzində cəmi iki gün - bazar ertəsi və çərşənbə axşamı işləyəcəklər.

Hökumətin yeni qərarını ölkənin vitse-prezidenti Aristobulo İstiuris açıqlayıb. Onun sözlərinə görə, məmurların iş gününün maksimum azaldılmasına məqsəd idarə və müəssisələrdə elektrik enerjisindən az istifadə etmək, enerjiyə tələbatı azaltmaqdır.