Venesuela ABŞ-nin dəstəyi ilə ölkədə dövlət çevrilişi hazırlandığını açıqlayıb

Venesuela ABŞ-nin dəstəyi ilə ölkədə dövlət çevrilişi hazırlandığını açıqlayıb İfrat sağçı müxalifət ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişi cəhdi həyata keçirməyə çalışır.
Digər ölkələr
30 İyul , 2024 20:40
Venesuela ABŞ-nin dəstəyi ilə ölkədə dövlət çevrilişi hazırlandığını açıqlayıb

İfrat sağçı müxalifət ABŞ və müttəfiqlərinin dəstəyi ilə Venesuelada dövlət çevrilişi cəhdi həyata keçirməyə çalışır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Amerika ölkəsinin müdafiə naziri Vladimir Padrino Lopes bildirib.

“Biz imperialist qüvvələr - Şimali Amerika imperializmi və onun müttəfiqləri tərəfindən dəstəklənən sağçı ekstremistlər tərəfindən yenidən dövlət çevrilişinə cəhd olduğunu görürük”, - o deyib.

Xatırladaq ki, daha əvvəl Venesuelanın hazırkı Prezidenti Nikolas Maduronun ölkədə keçirilmiş prezident seçkilərində qalib gəldiyi açıqlanmışdı. “Reuters”in məlumatına görə, ABŞ administrasiyası Venesuela hökumətinin səslərin ətraflı cədvəlini dərc etməsində israr edir, əks təqdirdə onlar səsvermənin nəticələrini qəbul etməkdən imtina edəcəklərini və sanksiyalar tətbiq edəcəklərini bildirirlər.

Son xəbərlər

Orphus sistemi