​Vatikan Fələstini rəsmi olaraq tanıyıb

​Vatikan Fələstini rəsmi olaraq tanıyıb İsrail artıq qərarla bağlı məyusluğunu ifadə edib
Digər ölkələr
14 May , 2015 22:04
​Vatikan Fələstini rəsmi olaraq tanıyıb

Bakı. 14 may. REPORT.AZ/ Vatikan rəsmi olaraq Fələstini dövlət kimi tanıyıb və yaxın vaxtlarda onunla ilk sazişi imzalamaq niyyətindədir.

"Report" AFP-ə istinadən xəbər verir ki, sənəd Katolik kilsəsinin Fələstin ərazilərində fəaliyyətini tənzimləyəcək.

Bu sənəddə Fələstin ilk dəfə olaraq dövlət adlandırılır. Müqəddəs Taxt-tacın mətbuat xidməti Federiko Lombardininin sözlərinə görə, Vatikan Fələstini de-fakto hələ 2013-cü ildə tanıyıb.

İsrail artıq Vatikanın qərarı ilə bağlı məyusluğunu bildirib. Xarici İşlər Nazirliyi bəyan edib ki, bu addım Yaxın Şərqdə sülhün əldə olunması prosesinə kömək etməyəcək. Həmçinin qeyd olunub ki, İsrail sazişi araşdıracaq, daha sonra növbəti addımı atacaq.

Son xəbərlər

Orphus sistemi