ABŞ-nin paytaxtı Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək yürüşü başlayıb.
“Report” xəbər verir ki, yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşıblar.
İsrail bayrağının rənglərində geyinmiş fəallar üzərində “Biz İsrailin yanındayıq!”, “Atəşkəs yoxdur!”, “HƏMAS-ı məhv edin”, “İsrail torpağı yəhudilərindir” kimi şüarlar səsləndirirlər.
Aksiya iştirakçıları HƏMAS tərəfindən saxlanılan girovların dərhal azad edilməsini müdafiə tələb edirlər.
Yürüş Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən təşkil olunub və 200 minə yaxın insan qatılıb.
Aksiya sakit şəkildə davam edir. Heç bir insident qeydə alınmayıb. Asayişi qorumaq üçün Vaşinqtonun mərkəzində çoxsaylı polis dəstələri növbətçilik aparır.
Thank you to each and every one of our Jewish and non-Jewish brothers, sisters and allies.
Your support during this difficult time means everything to us and we feel your love always, but especially today .