ÜST işçi heyətini azaltmaq niyyətindədir

ÜST işçi heyətini azaltmaq niyyətindədir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) öz işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür.
Digər ölkələr
30 mart 2025 09:33
ÜST işçi heyətini azaltmaq niyyətindədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) işinin miqyasını və əməkdaşlarının sayını, o cümlədən yüksək rəhbərlik səviyyəsində azaltmağı düşünür.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, belə tədbirlər ən böyük sponsor olan ABŞ-nin təşkilatdan çıxması fonunda maliyyələşdirmə problemləri səbəbindən nəzərdən keçirilir.

ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesusun bəyanatında bildirilib ki, Vaşinqtonun qərarı digər ölkələrin müdafiə xərclərini artırmaq üçün yardımı azaltması ilə birlikdə vəziyyəti əhəmiyyətli dərəcədə kəskinləşdirib.

Xatırladaq ki, yanvarın 21-də ABŞ Prezidenti Donald Tramp ABŞ-nin ÜST-dən çıxması haqqında fərman imzalayıb. Amerika liderinin administrasiyası onun qərarını “COVID-19 pandemiyasına yanlış münasibət”, həmçinin səhiyyə sahəsində digər qlobal böhranlarla izah edib.

Orphus sistemi