ÜST: Dünyada hər 100 ölümdən ən azı biri intiharla bağlıdır
Digər ölkələr
- 02 sentyabr, 2025
- 13:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada hər 100 ölümdən ən azı biri intihar nəticəsində baş verir.
"Report" xarici mediaya istinadən xəbər verir ki, ÜST xüsusilə gənclər arasında artan psixi sağlamlıq böhranının qarşısını almaq üçün təcili tədbirlərin görülməsinə çağırıb.
Təşkilatdan bildiriblər ki, son illərdə dünyada intihar səviyyəsi bir qədər azalsa da, bu problemlə mübarizədə irəliləyiş çox ləng gedir.
BMT-nin Səhiyyə Agentliyinin məlumatına görə, 2021-ci ildə dünyada təxminən 727 min intihar hadisəsi baş verib.
Qeyd olunub ki, bütün intiharların demək olar ki, dörddə üçü dünya əhalisinin böyük hissəsinin yaşadığı aşağı gəlirli ölkələrdə baş verir.
Son xəbərlər
11:11
Azərbaycan dəri istehsalını 23 % artırıb
Sənaye
11:10
Azərbaycan dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb
Hadisə
11:00
Azərbaycandakı sığorta şirkətlərinin öhdəliklərinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
10:50
Foto
Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub
Sağlamlıq
10:48
Estoniya XİN rəhbəri: Tallin Bakı ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığa hazırdır - Eksklüziv
Xarici siyasət
10:45
Tsahkna: Estoniya Azərbaycanla yeni birgə layihələri hədəfləyir - Eksklüziv
Xarici siyasət
10:40
Bərdədə ər-arvad dəm qazından zəhərlənib, biri ölüb
Hadisə
10:40
Azərbaycan şahmatçısı Xaqan Əhməd gənclər arasında dünya çempionatında gümüş medal qazanıb
Fərdi
10:32
Azərbaycan pambıq mahlıcı istehsalını 20 %-ə yaxın artırıb
Sənaye