ÜST: 194 ölkə COVID-19 əleyhinə vaksinasiyaya başlayıb
Digər ölkələr
- 09 aprel, 2021
- 13:39
220 ölkə və ərazidən 194-ü koronavirus əleyhinə vaksinasiyaya start verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilmiş brifinqdə deyib.
“Bu günə qədər 220 ölkədən 194-ü artıq COVID-19-a qarşı vaksinasiyaya başlayıb. 26 ölkə hələ bu işi başlamayıb”, - o deyib.
ÜST rəhbərinin sözlərinə görə, 26 ölkədən 7-si vaksinləri alıb və peyvəndləmə kampaniyasına başlaya bilər: "Daha 5 ölkə peyvəndi yaxın günlərdə almalıdır. Qalan 14 ölkə müxtəlif səbəblərdən immunlaşdırmaya başlamayıb".
ÜST rəhbəri bildirib ki, bu ölkələrdən bəziləri hələ hazır deyil, bəziləri isə önümüzdəki həftələrdə və aylarda vaksinasiyaya başlamağı planlaşdırır.
Son xəbərlər
15:42
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14 %-ə yaxın artırıb
Biznes15:41
"AzərEnerji" 250 MVt/saat gücündə enerji saxlama sistemi qurulması barədə razılıq əldə edib
Energetika15:40
Gələn il Bolqarıstanda Orta Dəhliz üzrə liderlərin sammiti keçiriləcək - EKSKLÜZİV
Digər ölkələr15:37
Foto
Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər
Futbol15:36
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb
Hadisə15:35
Lənkəranda evdən 75 min 500 manat oğurlanıb
Hadisə15:33
Boçorişvili: ABŞ-nin Azərbaycan-Ermənistan sülh prosesində iştirakı regionda yeni imkanlar yaradır
Region15:31
Video
Rəhim Həsənov: "Baş hakim Cavid Cəlilov "Neftçi"nin futbolçusuna qırmızı vərəqə verməli idi"
Futbol15:24