Uqandada Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsi saxlanılıb
Digər ölkələr
- 05 fevral, 2025
- 07:36
Uqanda polisi Mərkəzi Bankın elektron sistemlərinə kiberhücum nəticəsində 62 milyard şillinqin (16,87 milyon dollar) oğurlanması ilə bağlı aparılan araşdırma çərçivəsində Maliyyə Nazirliyinin doqquz vəzifəli şəxsini saxlayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, saxlanılanlar arasında nazirliyin baş mühasibinə təhkim olunmuş əməkdaşlar var. Onlar istintaqa kömək etmək üçün Cinayət Araşdırmaları İdarəsinə çağırılaraq saxlanılıblar.
Polis və Maliyyə Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında Xəzinədarlıq Departamentinin yüksək vəzifəli nümayəndəsi də var.
Maliyyə naziri Henri Musasizi hələ noyabrda yerli KİV-ə Mərkəzi Bankın hesablarının sındırılması və vəsaitlərin oğurlanması faktını təsdiqləyib.
Son xəbərlər
16:46
Kir Starmer Qətərdədir
Digər ölkələr16:45
Hörmüz boğazını keçən gəmilərin əksəriyyəti İranla bağlıdır
Energetika16:44
Rayonlarda yağıntı intensivləşəcək, çaylardan sel keçəcək
Ekologiya16:42
Video
Hərbi polisin yaradılmasının 34-cü ildönümü qeyd edilib
Hadisə16:40
Azərbaycandakı sığorta şirkətlərinin gəlirlərinin məbləğinə görə renkinqi (2025)
Maliyyə16:39
Bu ilin ilk üç ayında Azərbaycanda 15-ə yaxın meyit donorunun orqanı başqasına köçürülüb
Sağlamlıq16:38
Tarixi abidələrdə təbii eroziya: Dünya təcrübəsi və İçərişəhər nümunəsi
Daxili siyasət16:37
Novak Cokoviç karyerasını Los-Anceles-2028 Yay Olimpiya Oyunlarında başa vurmaq istəyir
Fərdi16:37